Cəmiyyət
Sumqayıtda insan da donub, saat da, qatar da (FOTOREPORTAJ)
Bir zamanlar Sumqayıt tək Azərbaycanın deyil, dünyanın qüdrətli dövləti olan Sovetlər Birliyinin də ən iri sənaye mərkəzlərindən idi. İttifaqın bütün bölgələrindən gənclər yeni həyat qurmaq, işləmək və yaşamaq üçün Gənclər şəhərinə gəlirdilər.
Bu şəhərin dəmir yolu stansiyası da şəhərin ən gur yerlərindən biri idi. İndi isə bu stansiyada gur olan yalnız küləkdir. Burada artıq yel vurub yengələri də oynatmır. Çünki yengələrin artıq uzun zamandır ki, buraya yolu düşmür. Sumqayıtın Dəmir Yolu Stansiyası artıq uzun müddətdir ki, tənha qalıb. Burada saatlar da donub. İllərdir ki, saatlar 09:50-ni göstərir.
İstirahət günlərində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Sumqayıt Sərnişin stansiyasına getdik. Orada olduğumuz saat yarım ərzində bir qatara da rast gəlmədik. İnsanlar da burada nadir hallarda görünürlər. Stansiyada məskunlaşan Qubadlı qaçqınları da öz otaqlarına çəkiliblər və çöldə görünmürlər.
Sumqayıt boyda şəhərin dəmir yolu nəqliyyatından kənar qalması, sözsüz ki, üzücüdür. Bu stansiyanın inşası üçün vaxtilə az vəsait sərf olunmayıb. Görünür, bina inşa edilərkən bura ilə bağlı böyük planlar var imiş. Ancaq hər şey yarımçıq qalıb. Bu gün stansiyaya baş çəkən gündə iki dəfə Bakı-Sumqayıt yolunda hərəkət edən köhnə elektrik qatarlarıdır. Bilənlər bilirlər ki, uzun illər boyu sakinlərə xidmət göstərən həmin qatarlar da artıq son nəfəsini verməkdədir.
Qubadlı rayonundan olan məcburi köçkünlər bu stansiyada məskunlaşıblar. Onlar da vəziyyətin pisliyindən şikayətlənirlər. Deyirlər ki, 8 nəfərlik ailə beş metr uzunluğu, 4 metr eni olan otaqlarda yaşayır. Onlar stansiyanın ümumi ayaqyolunda həm çimir, həm paltar və qab-qacaq yuyur, həm də aidiyyatı üzrə istifadə edirlər.
Stansiya məcburi köçkünlərin yuvasına çevrilib.
Stansiyada qatarların hərəkət cədvəli də artıq uzun zamandır ki, yenilənmir. Biz stansiyada olarkən qatarların 2014-cü il üçün olan hərəkət qrafikinin divardan asıldığını gördük.
Ancaq martın əvvəlində bu stansiyanın tənhalıqdan qurtulacağı ilə bağlı ümid işığı yandı. Bir neçə gün öncə Sumqayıt sakinlərini sevindirəcək xəbər yayıldı. Martn 3-dən etibarən Bakı-Xırdalan-Sumqayıt dəmir yolu xəttində təmir işlərinə başlanıldığı deyildi.
"Azərbaycan Dəmir Yolları" QSC-nin yaydığı məlumatda deyilirdi ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda baş yolların əsaslı təmirinə start verilib. Təmir işlərinə Güzdək stansiyasından başlanacaq. Rekonstruksiya işləri ümumilikdə Bakı stansiyasından başlamaqla Keşlə, Biləcəri, Xırdalan, Güzdək və Sumqayıt stansiyalarını əhatə edəcək. Təmir işləri çərçivəsində Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt stansiyasına hərəkət etmək üçün yeni birləşdirici yol tikiləcək. Bu isə sərnişinlərin mənzil başına daha tez çatmasına imkan yaradacaq.
Bakıdan qatara minənlərin son mənzili uzun illərdir, tənhalığın yükünü çiyinlərində daşıyan Sumqayıt sərnişin stansiyası olacaq. Bəlkə, ondan sonra bu stansiyanın illər boyu yığılmış donu açılar.
Milli.az
Bu bölmədə bənzər xəbərlər
- Bakıdan Sumqayıta 40 dəqiqəyə getmək mümkün olacaq (VİDEO)
- Bakı-Sumqayıta sürətli dəmir yolu xətti yaradılacaq
- Bakı-Sumqayıt yolu bağlandı (FOTO)
- Sumqayıt stansiyası ərazisində iməcilik keçirilib
- Daha bir yol təmir olunur (VİDEO)
- Xırdalanda atom elektrik stansiyası tikiləcək
- Bakıya gedənlərə şad xəbər
- Sumqayıt şəhərində kinoteatrların vəziyyəti necədir (FOTOREPORTAJ)
- Bakı metrosu modernləşdirilir (FOTOLAR)
- Paytaxtdan Sumqayıta yerüstü metro xətti
Çox oxunan xəbərlər
- "Sumqayıt"ın keçmiş oyunçusu futboldan ömürlük uzaqlaşdırıldı
- Səlcuk Bayraktar Azərbaycanda paxlava payladı
- YAP Sumqayıt şəhər təşkilatının fəalları qazilərimizi ziyarət edib
- Martın 26-da gözlənilən hava
- Hərbi Qənimətlər Parkının açılışı düşmənə verilən növbəti dərsdir
- Ramazan ayı gəldi - TƏQVİM
- Əsgərimiz yanaraq vəfat edib
- Azərbaycan Kuboku: Yarımfinal mərhələsi start götürür
- Sumqayıtda idman zalı aşkarlandı, 18 nəfər cərimələndi
- Deputat: Ermənistan Azərbaycana dəymiş ziyanı ödəməyə başlayıb
Xəbər lenti
- 11:16
Azərbaycan Kuboku: Yarımfinal mərhələsi start götürür
- 11:12
ATV cərimələndi, "Bizimləsən" verilişinin yayımı dayandırıldı
- 08:29
Hərbi Qənimətlər Parkının açılışı düşmənə verilən növbəti dərsdir
- 08:26
Prezident Azərbaycanın haqlı mövqeyini bir daha dünyaya çatdırdı
- 17:26
YAP Sumqayıt şəhər təşkilatının fəalları qazilərimizi ziyarət edib
- 17:20
İmsakda çörəkdən uzaq durun
- 17:13
Sumqayıtda ƏMƏLİYYAT - 18 kq narkotik ələ keçirildi
- 17:01
"Sumqayıt Kimya Sənaye Parkı"nın direktoru dəyişib
- 16:55
17 Aprelin hava proqnozu
- 15:00
Sumqayıtlı qazi əlillik təyinatından narazıdır
- 13:00
“Sumqayıt” “Qəbələ”yə qarşı
- 12:31
Daha 10 qazimizin Türkiyədə tibbi xərcləri tam qarşılanacaq
- 09:59
Bu gün 18 mindən çox şagird buraxılış imtahanı verir
- 09:43
Qazimiz vəfat edib
- 17:27
“Nizami irsində incəsənət” adlı rəsm-sərgi müsabiqəsi keçirilib
- 17:18
23 obyektdə epidemiya əleyhinə rejim pozulub - SİYAHI
- 17:10
16 Aprelin hava proqnozu
- 11:20
Reyhan Baxşiyeva: Hardan sənin oldu bizim Qarabağ?
- 10:48
Qubadlıda tarixi məscidi sökənlər cəzalandırılacaq - VİDEO
- 16:09
15 Aprelin hava proqnozu
- 16:02
S-125 ZRK ilə şərti hədəflər məhv edildi - VİDEO
- 15:44
Orucla bağlı ən çox soruşulan 27 SUAL
- 15:08
Sumqayıt Dövlət Universitetindən stadion açıqlaması
- 15:01
Tuk zavodda top mərmisi tapılıb
- 11:24
“Qədim Azərbaycan torpağı - Qubadlı” adlı tədbir keçirilib
- 09:37
Sumqayıt Şəhər İcra Hakimiyyəti tender ELAN EDİR
- 09:29
Qarabağ Dirçəliş Fondu milli birliyin gücləndirilməsi prosesinə ciddi töhfədir
- 09:26
Şəhid ailələri və qazilər dövlət qayğısı ilə əhatə olunub
- 16:29
"Elin Səsi"ndən ibrətamiz film: Seçim qarşısında
- 16:15
Qocalıb ölməkdənsə, şəhid olmağı şərəfli bilirəm...
- 15:44
Sumqayıtda təhsil işçilərinin 60 faizi vaksinasiya edilib
- 15:35
Sumqayıtda bu mağazalarda epidemiya əleyhinə rejim pozulub
- 15:17
Həbsxanaya narkotik keçirmək istəyən Sumqayıtlı xanım tutulub
- 15:06
Prezident: “Biz İrəvana qayıdacağıq”
- 14:58
Sabah yağış gözlənilir
- 14:50
"Sumqayıt" FK "Kontakt Home" ilə müqaviləni yeniləyib
- 16:22
Şəhid İlkinin ehsan bulağı istifadəyə verilib
- 15:48
Sumqayıtda şəhid Ramiz Cəfərovun abidəsi ucaldılıb
- 13:12
Ramazan ayı gəldi - TƏQVİM
- 10:39
Ceyranbatan istiqamətində hərəkət məhdudlaşdırılır