Cəmiyyət

SMS-lərə görə hesabınızdan pullar silinməyəcək

SMS-lərə görə hesabınızdan pullar silinməyəcək


Nazirlik rabitə xidmətləri istehlakçılarının çoxsaylı şikayətlərinə cavab verdi.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Telekommunikasiya haqqında” qanuna dəyişikliklərin tətbiqi ilə bağlı təkliflər hazırlayıb. Nazirlikdən verilən məlumata görə, təkliflərin hazırlanmasına səbəb rabitə xidmətləri istehlakçılarının çoxsaylı şikayətləri olub.

Şikayətlərin əksəriyyəti mobil rabitə operatorlarının SMS müsabiqələr və digər xidmətlər vasitəsi ilə müştərilərin hesabından pulları silməsi, göstərilməyən xidmətlərin haqqının tələb edilməsi, müqavilələrin müştərinin tələb etmə hüququnu minimuma endirməsi, internet xidmətlərinin fasiləsiz yüksək səviyyədə təmin edilməməsi ilə bağlıdır.

Bundan başqa, internet provayderlərin və mobil rabitə operatorlarının təqdim etdikləri xidmət tariflərinin lazımi şəkildə və istənilən müştərinin başa düşəcəyi dildə tərtib edilməməsi istehlakçıların hüquqlarını pozur. Bununla bağlı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə rabitə xidmətlərinə olan tariflərin tənzimlənməsi ilə bağlı təkliflər hazırlamaq təklif edilib.

Lent.az





Xəbər lenti

Təqvim

«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR