Cəmiyyət

Azərbaycanda bu rüsvayçılığı edənlər işdən qovuldu (FOTO)

Azərbaycanda bu rüsvayçılığı edənlər işdən qovuldu (FOTO)


Bakıya gətirilən yeni avtobuslardan birində özbaşına olaraq dəyişiklik edilib.

Bu barədə sosial şəbəkələrdə bildirilib. Sosial şəbəkələrdə bildirilir ki, 88 saylı marşrutda əlillər üçün nəzərdə tutulmuş yer götürülüb.

Məsələyə aydınlıq gətirmək üçün “Çinar-Trans” MMC-nin direktoru Etibar Manafovla əlaqə saxladıq. E.Manafovun verdiyi məumata görə, hadisədən şirkət rəhbərliyi xəbərsiz olub. Avtobusdakı əlillər üçün nəzərdə tutulan yeri həmin avtobusu idarə edən 2 sürücü özbaşına olaraq çıxarıb.

“Biz həmin sürücülər barədə Nəqliyyat Nazirliyinə və nəqliyyat departamentinə məlumat vermişik. Həmin sürücülər işdən qovulublar. Əlillərin yeri yenidən bərpa olunub. Çalışacağıq ki, bundan sonra sürücülərimiz özbaşına belə iş tutmasınlar. Onlarala görüşüb, bu barədə xüsusi göstəriş vermişəm. Ümumiyyətlə sərnişin avtobusunun konstruksiyasına özbaşına əlavə və çıxarış etmək qəti qadağandır”, - deyə E.Manafov bildirib.

Bakı şəhər Yol Polisi İdarəsindən də billdirilir ki, özbaşına olaraq sərnişin avtobuslarının konstruksiyasına dəyişiklik etmək qadağandır.

Bu barədə Bakı şəhər Dövlət Yol polsi İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, yol polisi və nəqliyyat nazirlərinin əməkdaşları mütəmadi olaraq bununla mübarizə aparırlar.

Nəqliyyat Nazirliyindən də məsələni diqqət mərkəzində saxladıqlarını bildiriblər. Qurumun mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun verdiyi məlumata görə, bir neçə dəfə belə sürücülər aşkarlanıb.

“Problemli avtobuslar xətdən kənarlaşdırılıb, sürücü cərimələnib, sahibkarlara xəbərdarlıq edilib. Sahibkarlar da, sürücülər də bilməlidirlər ki, avtobusların konstruksiyasına dəyişiklik etmək qanunsuz əməldir. Sahibkarlara tövsiyyə edirəm ki, bu əməllərdən çəkinsinlər. Əsk təqdirdə bu onların ziyanına olacaq”, - deyə N.Həsənov bildirib.

Azərbaycanda bu rüsvayçılığı edənlər işdən qovuldu (FOTO)

ANS PRESS





Xəbər lenti

Təqvim

«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR