Hadisə

Yol polisi qayda pozdu, kameraya düşdü (VİDEO)

Yol polisi qayda pozdu, kameraya düşdü (VİDEO)


Sumqayıt şəhərində Yol-Patrul Xidməti avtomobilinin sürücüsü kobud qayda pozuntusuna yol verərək başqa sürücülər üçün təhlükə yaradır.

Bir neçə gün əvvəl Sumqayıt şəhərinin mərkəzi küçələrindən birində çəkilən videodan aydın olur ki, "BMW" markalı, 10-YP-962 dövlət nömrə nişanlı DYP avtomobili işıqforun qırmızı işığından əvvəlcə dayansa da, sonradan hərəkəti davam etdirir. Bu zaman avtomobili idarə edən YPX əməkdaşı nə sayrışan işıqlardan, nə də xüsusi səs siqnalından istifadə edir. Bu hərəkəti ilə o, başqalarına təhlükə də yaradır.

Bu qayda pozuntusuna görə həmin avtomobili idarə edən YPX inspektoru İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, 3 bal və 60 manat və cərimə oluna bilər. Çünki o, üstünlük hüququndan istifadə edərkən qaydalara əməl etmir. Bu da imkan verir ki, onu adi sürücülər kimi cərimələsinlər...

Görüntüləri izləmək üçün keçidi klikləyin





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR