Manşet / Cəmiyyət
Prezident vədini yerinə yetirdi (FOTOLAR)
Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Gəncənin 11 yaşlı sakini Ümid Həbibovla görüşüblər.
Xatırladaq ki, 2014-cü il oktyabrın 18-də Gəncədə səfərdə olarkən Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva şəhərin gənc sakini Ümid Həbibovla görüşmüşdülər.
"YeniSumqayit.az"ın Prezidentin saytına istinadla verdiyi məlumata əsasən, Dövlət başçısı və xanımı martın 19-da ad günü münasibətilə Ümid Həbibovu Prezident Sarayına çay süfrəsinə dəvət ediblər.
Prezident İlham Əliyev: Salam.
Mehriban Əliyeva: Salam. Təbrik edirəm. Necəsən?
Ümid Həbibov: Sağ olun, yaxşıyam.
Mehriban Əliyeva: Gəlin, şəkil çəkdirək.
Prezident İlham Əliyev: Biz səninlə keçən il Gəncədə görüşmüşdük. Sən də bizi ad gününə dəvət etdin. Mən də dedim çalışacağam ki, gəlim. Amma görürsən, bu gün biz Novruz bayramını qeyd edirik, ona görə gələ bilmədim. İndi səni Bakıya dəvət etmişəm, sən də gəlmisən.
Ümid Həbibov: Mən də Sizi qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edirəm. Daim ölkəmizin başında olasınız.
Prezident İlham Əliyev: Sağ ol. Mən də səni təbrik edirəm. Xahiş edirəm mənim təbriklərimi bütün Gəncə sakinlərinə çatdırasan. Sən çox gözəl oğlansan. Eşitmişəm ki, yaxşı oxuyursan. Çox şadam ki, gözəl gənclər, uşaqlar yetişir. Gələcəkdə sənin kimi uşaqlar ölkəmizi idarə edəcəklər. Doğum günün münasibətilə bəzi hədiyyələrimiz də var. Mən bu saatı öz adımdan sənə bağışlayıram.
Mehriban Əliyeva: Bu saat səndə yadigar qalacaq. Burada yazılıb, “Ad günün münasibətilə”.
Prezident İlham Əliyev hədiyyəni təqdim edərək dedi: Təxminən mənim saatıma oxşayır. Eyni olmasa da oxşayır.
Ümid Həbibov: Sizin məni Prezident Sarayına dəvət etməyinizin, mənimlə görüşməyinizin özü elə çox böyük hədiyyədir.
Leyla Əliyeva və Arzu Əliyeva da Ümid Həbibova hədiyyələr təqdim etdilər.
Sonra dövlətimizin başçısı və ailə üzvləri Ümid Həbibovla çay süfrəsi arxasında söhbət etdilər.
Ümid Həbibov: Təşəkkür edirəm. Cənab Prezident, səhv etmirəmsə, Siz bu il martın 17-də Türkiyənin Qars şəhərində TANAP layihəsinin təməlini qoydunuz. Mən Sizə, ölkəmizə uğurlar arzu edirəm. Mehriban xanım, Siz də dünən cənab Prezident ilə bərabər Bakı Olimpiya Stadionunu açılışında iştirak etdiniz. Mən Sizi televiziya vasitəsilə izlədim. Sizi birinci Avropa Oyunları münasibətilə təbrik edirəm. Bu Oyunlar ilk dəfə bizdə keçirilir. Ölkəmizin idmançılarını təbrik edir, onlara uğurlar arzulayıram.
Prezident İlham Əliyev: Sən də Oyunlara gəl.
Mehriban Əliyeva: Biz də səni Oyunlara dəvət edirik. Oyunların açılışını və bütün yarışları izləyərsən.
Prezident İlham Əliyev: Görürəm, sən də bizim fəaliyyətimizi izləyirsən. TANAP-dan danışdın, bütün Azərbaycan xalqı, sənin kimi uşaqlar gələcəkdə bu layihədən bəhrələnəcəklər.
Mehriban Əliyeva: Sən indi neçənci sinifdə oxuyursan?
Ümid Həbibov: Beşinci sinifdə.
Mehriban Əliyeva: Beşinci sinfi bitirib, altıncı sinfə keçirsən. Xarici dilləri öyrənirsən?
Ümid Həbibov: Bəli. Mən dördüncü sinfədək zəif idim. Bildiyiniz kimi, mən Gəncə şəhər 27 saylı məktəb-liseydə xüsusi istedadlıların sinfinə imtahan verərək, dördüncü sinifdə oraya qəbul olunmuşam. Dördüncü sinfi bitirəndən sonra indi orada oxuyuram.
Mehriban Əliyeva: Orada ingilis dili keçirsiniz?
Ümid Həbibov: Bu ildən ingilis dilinə, rus dilinə başlayırıq.
Mehriban Əliyeva: Əla, rus dilini də öyrənirsən.
Prezident İlham Əliyev: Rus dilini öyrənirsən, çox yaxşı. Bəs ümumiyyətlə necə oxuyursan?
Ümid Həbibov: Dərslərimiz yüksək səviyyədə keçirilir.
Prezident İlham Əliyev: Sənin üçün tort bişiriblər.
Mehriban Əliyeva: Ad günü tortunu sən gərək özün kəsəsən.
Ümid Həbibov və xanım Mehriban Əliyeva tortu kəsdilər.
Prezident İlham Əliyev: Gəncədə işlər necədir, yaxşıdır?
Ümid Həbibov: Bəli, çox yaxşıdır. Şəhərimiz gündən-günə gözəlləşir.
Prezident İlham Əliyev: Çox gözəl. Mən hər il Gəncədə oluram. Keçən il orada təsadüfən səninlə görüşdük və çox yaxşı bir görüş oldu. Dərhal gördüm ki, sən çox istedadlı, Vətənə bağlı və bilikli uşaqsan. Mənim fəaliyyətimi də izləyirsən.
Ümid Həbibov: Atam da daim xəbərləri izləyir. Mən də onunla bərabər izləyirəm.
Prezident İlham Əliyev: Bakıda olmusan?
Ümid Həbibov: Bəli, bir neçə dəfə olmuşam. Hətta İçərişəhərə də getmişəm. Qız qalasına girə bilməsəm də, görmüşəm.
Prezident İlham Əliyev: Çox yaxşı. İndi Qız qalası təmirdən sonra açılıb, gedib baxa bilərsən. Bakıda görməli yerlər çoxdur.
Ümid Həbibov: Bəli, Heydər Əliyev Mərkəzi ilə də tanış oldum.
Mehriban Əliyeva: Orada yaxşı maşın sərgisi var, ona baxdın? Maraqlıdır.
Ümid Həbibov: Bəli, gördüm. Ulu öndər Heydər Əliyevin istifadə etdiyi maşınları da gördüm.
Prezident İlham Əliyev: Gəncədə də görməli yerlər, tarixi abidələr çoxdur. Gəncə indi çox sürətlə inkişaf edir.
Ümid Həbibov: Elə bizim məktəbin yanında da çoxlu sayda tarixi abidələr var.
Sonra xatirə şəkli çəkdirildi.
Bu bölmədə bənzər xəbərlər
- İlham Əliyev 6 saylı seçki məntəqəsində səs verib
- Bakıda Heydər məscidinin açılışı olub
- İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
- Prezident tonqal qaladı, yumurta döyüşdürdü (FOTOLAR)
- İlham Əliyev Sumqayıt şəhərinə gəlib
- Prezident “Şahdağ” turizm kompleksində olub
- İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb
- İlham Əliyev Avropa Oyunları üçün görülən işlərlə tanış olub
- İlham Əliyev gəncləri mükafatlandırdı
- İlham Əliyev ermənini belə susdurdu
Çox oxunan xəbərlər
- Rusiyada Azərbaycan mədəniyyətini tanıtmağa çalışan sumqayıtlı - VİDEO
- Sosial şəbəkədə başlayan mübahisə qanla bitdi - SUMQAYITDA
- Kəlbəcər rayonunun Şaplar kəndindən videogörüntülər
- Səfərbərlikdən tərxis edilmiş şəxslər üçün komissiya yaradıldı
- Yanvarın 15-də gözlənilən hava şəraiti
- Sumqayıtda onkoloji xəstə özünə qəsd etdi
- Minlərlə əsgərin ailə üzvünə çevrilən MÜƏLLİMİ TANIYAQ
- Yanvarın 13-də gözlənilən hava - KÜLƏK GÜCLƏNƏCƏK
- Yanvarın 14-də gözlənilən hava şəraiti
- Dünyaca məşhur saatsaz: İlk iş yerim Sumqayıtda olub - VİDEO
Xəbər lenti
- 17:34
Rusiyada Azərbaycan mədəniyyətini tanıtmağa çalışan sumqayıtlı - VİDEO
- 17:32
Prezident: Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq
- 17:17
Hərbi geyimdən qanunsuz istifadə edənlər cərimələnəcək - REYDLƏR BAŞLADI
- 17:36
Yanvarın 15-də gözlənilən hava şəraiti
- 17:31
"SUMQAYIT"dan qollu heç-heçə
- 17:21
"Sumqayıt" Futbol Klubu İrqçiliyə "YOX" deyir
- 17:09
Şuşa İslam dünyasının mədəniyyət paytaxtı elan olunacaq
- 17:42
Sosial şəbəkədə başlayan mübahisə qanla bitdi - SUMQAYITDA
- 17:39
"Sumqayıt" FK heyətini növbəti futbolçu ilə gücləndirib
- 17:31
Sumqayıtda quşçuluq təsərrüfatında tələblərə uyğun olmayan fəaliyyət aşkarlanıb
- 17:21
Dünyaca məşhur saatsaz: İlk iş yerim Sumqayıtda olub - VİDEO
- 17:01
Yanvarın 14-də gözlənilən hava şəraiti
- 16:55
Qanunsuz ov edən Sumqayıt sakini cəzalandırıldı
- 16:37
Kəlbəcər rayonunun Şaplar kəndindən videogörüntülər
- 16:30
Azad olunmuş ərazilərdə hərbçilərimizin təminatı yaxşılaşdırılır - VİDEO
- 16:25
Yanvarın 13-də gözlənilən hava - KÜLƏK GÜCLƏNƏCƏK
- 16:16
Minlərlə əsgərin ailə üzvünə çevrilən MÜƏLLİMİ TANIYAQ
- 16:22
Səfərbərlikdən tərxis edilmiş şəxslər üçün komissiya yaradıldı
- 16:18
Yanvarın 12-də gözlənilən hava şəraiti
- 15:55
Sumqayıtda onkoloji xəstə özünə qəsd etdi
- 15:50
Bakı, Yerevan və Moskva Qarabağla bağlı birgə KOMİSSİYA YARADIR
- 17:25
Dekabrın 15-də gözlənilən hava şəraiti
- 17:25
Azərbaycanda Zəfər və Anım günləri təsis edilib
- 17:06
Dekabrın 3-də gözlənilən hava şəraiti
- 17:04
“Təmiz Sumqayıt” layihəsinə start verilir
- 16:59
Şuşaya aparan yolun tikintisinə yerli və xarici şirkətlər cəlb edilib
- 16:54
Yeni dəmir yolu körpüsünün tikintisi yekunlaşdırılıb
- 16:43
Akar: Qarabağda Birgə Rusiya-Türkiyə Mərkəzinin tikintisi aparılır
- 12:35
IBA Tech Akademiyasına qəbul başlandı - ŞƏRTLƏR
- 16:01
Daxili İşlər Nazirliyi vətəndaşları qaydalara əməl etməyə çağırır
- 15:49
Bu şəxslər sabahdan tərxis ediləcək - SƏRƏNCAM
- 15:27
Şəhid olması xəbəri yayıldı, qazi kimi qayıtdı
- 12:03
Türkiyəli hərbçilər Azərbaycana nə vaxt gələcək?
- 11:52
Tanınmış vəkil koronavirusdan vəfat etdi
- 11:22
Sumqayıt Dövlət Universitetinin məzunları adlarını tarixə yazdılar
- 11:01
STP kollektivi Sumqayıt Şəhidlər Xiyabanını ziyarət edib
- 17:26
Ordumuzun Kəlbəcərə daxil olmasının növbəti VİDEOGÖRÜNTÜSÜ
- 17:21
Vaksinoloq: Heç bir peyvənd virusdan 100 faiz qoruya bilməz
- 17:10
Deputat: Azı 10 min yaralımız var.
- 17:04
Azərbaycana daha 5 zubr gətirildi
Arxiv
Dekabr 2020 (11)
Noyabr 2020 (50)
Oktyabr 2020 (124)
Sentyabr 2020 (45)
Avqust 2020 (71)