Cəmiyyət

Bayram günlərində hava necə olacaq (20-21.03.2015)

Bayram günlərində hava necə olacaq (20-21.03.2015)


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında martın 20-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında martın 20-də arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında martın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Cənub şərq küləyi əsəcək, axşam şimal küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 2-4, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında martın 21-də hava şəraitinin səhər və axşam bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 0-4, gündüz 7-12, bəzi yerlərdə 17 dərəcəyədək isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi yerlərdə 12 dərəcəyədək isti olacağı gözlənilir.





Xəbər lenti

Təqvim

«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR