Sumqayıtda hava

Cəmiyyət

İlham Əliyev: “Gənc nəsil də bilməlidir ki ...”

İlham Əliyev: “Gənc nəsil də bilməlidir ki ...”


“Dağlıq Qarabağ münaqişəsinin hələ də həllini tapmaması təəssüf doğurur. Müxtəlif səviyyəli görüşlərin keçirilməsinə baxmayaraq, Ermənistan hələ də təxribatçı hərəkətlərindən əl çəkmir”.

Bunu Azərbaycan prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Bakıda keçirilən ümumxalq şənliyində çıxışında deyib.

Prezident qeyd edib ki, şəhidlərimizin qanı yerdə qalmamalıdır və yerdə qalmır:
“Təmas xəttində ordumuz vəziyyətə tam nəzarət edir, ordumuz Vətəni ləyaqətlə qoruyur. Mən tam əminəm ki, biz istədiyimizə nail olacağıq, tarixi ədaləti, öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Ondan sonra biz azərbaycanlılar bütün öz qədim torpaqlarımıza - İrəvana, Göyçəyə, Zəngəzur mahalına qayıdacağıq. Bu torpaqlar bizim qədim torpaqlarımızdır. Gənc nəsil də bilməlidir ki, bizim torpaqlarımız sadəcə, bugünkü müstəqil Azərbaycanın torpaqlarından ibarət deyil. Biz o torpaqlara da qayıtmalıyıq və qayıdacağıq. Hər gün çalışmalıyıq ki, o günü yaxınlaşdıraq”.

Dövlət başçısı qeyd edib ki, ordu quruculuğu əsas vəzifədir. O, Azərbaycan Ordusunun bu gün dünyada öz gücü, texniki təchizatı ilə fərqləndiyini də vurğulayıb.

APA





Xəbər lenti

Təqvim

«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR