Elan

Sumqayıtda Hindistan sərgisi keçirilir

Sumqayıtda Hindistan sərgisi keçirilir


Sumqayıtda Hindistan sərgisi keçirilir. Dekabrın 5-dən başlayan sərgi 15 dekabr tarixində yekunlaşacaq.
Sərgidə Hindistana məxsus bir çox məhsullar nümayiş etdirilir. Əsasən xanımların diqqətini çəkən məhsullar içərisində, müxtəlif bəzək əşyaları, təbii sürmələr, ipək şərflər satılır. Sərgidə rəqqaslar Hindistan musiqisi altında hind rəqsləri oynamaqla bura gələnlərin diqqətini daha da çox özlərinə çəkirlər.
Hindistan məhsulları içərisində əl işlərindən hazırlanan taxtadan olan ev üçün müxtəlif bəzək əşyaları da var. Satıcılar sərgiyə olan maraqdan məmnundular.
Sərgidə ən çox diqqət çəkən Hindistan milli geyimləridir. Rəngarəng parçalardan hazırlanan geyimlər və digər məhsulların qiymətləri də kifayət qədər münasibdir.
Əsrlər boyu bir çox dövlətlərin, şahların, insanların əldə etmək istədiyi Hindistan ədviyyatlarını da burada almaq mümkündür.
Sərgi Mətanət şadlıq evində keçirilir.

(xeberle.com)





Xəbər lenti

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR