Manşet / Cəmiyyət

Bakı-Sumqayıt xəttində avtobus azlığı (VIDEO)

Bakı-Sumqayıt xəttində avtobus azlığı (VIDEO)


Bakıdan Sumqayıta getmək istəyən sərnişinlər bir sıra problemlərlə qarşılaşırlar. Bu problemlərdən biri də sərnişin avtobuslarının azlığıdır. Sərnişinlər Sumqayıta getmək üçün bəzən saatlarca vaxt itirirlər. Digər narazılıq isə qiymətlərlə bağlıdır.
Son günlərdə Bakı-Sumqayıt marşrutunda avtobus çatışmazlığı yaşanır. Avtovağzaldan Sumqayıta getmək istəyən sərnişinlər uzun müddət gözləməli olurlar.
Bakı-Sumqayıt avtostansiyasının rəisi Elçin İbrahimov da problemin sərnişin sıxlığı ilə yanaşı məhz avtobusların çoxunun 20 Yanvar dairəsindən yola çıxmasından yarandığını deyir.
20 Yanvar dairəsindən Sumqayıta gedişhaqlarının süni şəkildə qaldırılması problemi daha da qabardıb. Sərnişinlərin əksəriyyəti gedişhaqqı 50 qəpiklik avtobusları gözlədiyindən ərazidən sıxlıq artır.
Bakı-Sumqayıt avtostansiyasının rəisi Elçin İbrahimov isə xətdə kifayət qədər avtobusların olduğunu və gecikmənin pik saatlarda baş verdiyini deyir. Bu problem isə yalnız avtovağzal metrostansiyası fəaliyyətə başlayandan sonra aradan qalxa bilər.



(Xezerxeber.com)





Xəbər lenti

Təqvim

«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR