Cəmiyyət

Yağan yağış Sumqayıtda fəsadlar yaradıb (VİDEO)

Yağan yağış Sumqayıtda fəsadlar yaradıb (VİDEO)


Dünəndən başlayaraq yağan yağış Sumqayıt şəhərində bir çox fəsadlar yaradıb, sakinlər üçün problemlərə yol açıb.

Şəhərdə ən çox bəxti gətirməyənlər - əziyyət çəkənlər isə 4-cü mikrorayon, bina 80/30A-nın sakinləri olub. Belə ki, Heydər Əliyev prospektində yola paralel yerləşən binalardan ən uzunu olan 9 bloklu bu binanın damının təmiri yarımçıq qalıb.

Yağışa qədər 6 blokun üzərinin damı vurulub, 1-ci, 2-ci və 3-cü blokların sakinləri isə "damsız" qaldıqlarından dünən axşamdan əlacsız vəziyyətə düşüblər.

Gecəboyu və bu gün axşam saatlarınadək yağan yağış sakinlərin mənzillərinə ciddi ziyan vurub. 5-ci və 4-cü mərtəbələrdə yaşayan sakinlər əllərinə keçən qazan və ləyəni otaqlara, mətbəxə düzüblər ki, maksimum dərəcədə subasmanın qarşısını alsınlar.


xeberle.com





Xəbər lenti

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR