Sumqayıtda hava

Hadisə

Saray qəsəbəsində ev yanıb

Saray qəsəbəsində ev yanıb


Abşeron rayonu, Saray qəsəbəsində vətandaşa məxsus evdə yanğın baş verib.

"YeniSumqayit.az"ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadla verdiyi xəbərə əsasən, hadisə martın 23-də, axşam saatlarında baş verib.

Yanğın nəticəsində tikintisi başa çatmayan, ümumi sahəsi 340 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində yerləşən 1 otağın yanar konstruksiyaları 16 kv.m sahədə, 2-ci mərtəbədə 1 otağın döşəməsi 30 kv.m sahədə və dam örtüyü 100 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub, yanğın saat 22:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.





Xəbər lenti

Təqvim

«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR