Manşet / Cəmiyyət

Bakı-Sumqayıt yolunda böyük dəyişiklik (VİDEO)

Bakı-Sumqayıt yolunda böyük dəyişiklik (VİDEO)


Paytaxtın şimal istiqamətində hər gün yaşanan tıxaclar aradan qalxa bilər. Bunun üçün kompleks layihələr həyata keçirilir. Əgər işlər plana uyğun davam edərsə gələn ilin iyununadək Bakı-Sumqayıt yolunda tıxac olmayacaq.
Yaxın aylarda avtovağzaldan Bakı-Sumqayıt yoluna keçmədən, dairəvi yola çıxmaq mümkün olacaq.
Bu yol hazır olduqdan sonra Bakı-Sumqayıt yolundakı tıxacların əhəmiyyətli dərəcədə azalması gözlənilir. Çünki məhz atıcılıq mərkəzinə aparan bu yoldan xüsusi estekada çəkilir ki, həmin estakada bu yolla Bakı dairəvi yolunu birləşdirəcək. Məhz estekada vasitəsi ilə avtovağzaldan çıxan nəqliyyat vasitələri Bakı-Sumqayıt yoluna girmədən bir başa olaraq cənub istiqamətinə hərəkətlənə biləcək.
Bu yoldan Sumqayıt-Bakı istiqamətinə hərəkət edən nəqliyyat vasitələri də istifadə edəcək. 1,5 km yolun 445 metrini estakada təşkil edir ki, burada işlər sürətlə gedir. Sumqayıt yolunun paytaxtın giriş hissəsi də körpülər və genişləndirmələrin sayəsində enlənəcək.
Əvvələr Bakıdan Sumqayıt istiqamətinə hərəkət edən Bakı-Quba yolunun 7-ci km də yol 3 zolaqdan 2 zolağa düşdüyü üçün tıxaclarla qarşılaşırdılar. Elə bunu nəzərə alan yol işçiləri bu yola paralel olaraq, əlavə 4 zolaqlı yol da çəkiblər ki, bu ərazidə tıxacların qarşısını almasına kömək edir.
4 zolaqlı əlavə yolun salınması üçün 2 aşırımdan ibarət yol ötürücüsü də qurulub və hazırda hərəkət burdan təmin edilir. Köhnə yol ötürücüsü də yenisi ilə əvəz olunur. Biləcəri-Xocahəsən yolu da əvvəllər 2 zolaqdan ibarət idi və demək olar ki, gün boyu tıxac yaranırdı. İndi bu yolda genişləndirilərək 8 zolaqa çatdırılıb. Bakı-Sumqayıt yolundakı tıxacların aradan qaldırılması üçün görülən bütün işlərin may ayınadək yekunlaşdırılması gözlənilir.



(xezerxeber.com)





Xəbər lenti

Təqvim

«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR