Manşet / Cəmiyyət

Sumqayıt Bələdiyyəsinin Novruz sovqatı

Sumqayıt Bələdiyyəsinin Novruz sovqatı


Sumqayıt Bələdiyyəsi Novruz bayramı münasibətilə şəhərin bir qrup müharibə əlilinə və aztəminatlı ailələrə bayram sovqatları hədiyyə edib.

Bələdiyyə tərəfindən "Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri”, "Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliklərinin, Azərbaycan Gözdən Əlillər, Azərbaycan ƏIil Qadınlar, "Əlillərin beynəlxalq əməkdaşlığı uğrunda” cəmiyyətlərinin, II Dünya müharibəsi Veteranları Birliyinin Sumqayıt şəhər şöbələrinin daha çox ehtiyacı olan üzvləri və aztəminatlı ailələr, kimsəsiz, tənha adamlar üçün bayram süfrələrinin ət, yağ, un, çay, düyü, şirniyyat və s. ərzaqla təminatı məqsədilə bayram xonçaları bağışlanıb.

Bayram sovqatları alan ailələr Novruz bayramını bütün xalqımızla birgə bol bayram süfrəsi ətrafında keçirmək imkanı yaradıldığına, göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə dərin minnətdarlıqlarını ifadə ediblər.

Xeberle.com





Xəbər lenti

Təqvim

«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR